Rusiya Ermənistandan gül idxalına məhdudiyyət tətbiq edir

media-hightechnic-468x90

Rusiya mayın 22-dən etibarən Ermənistandan gül idxalına məhdudiyyət tətbiq edəcək.

media-banner_tuq

Yenicag.az-ın xəbərinə görə, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti – Rosselxoznadzor məlumat yayıb.

Bildirilib ki, qərar Rusiyanın fitosanitar təhlükəsizliyinin və ixrac potensialının qorunması məqsədilə qəbul olunub.

Məlumata əsasən, Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin verdiyi zəmanətlərə baxmayaraq, ölkədə Avrasiya İqtisadi İttifaqı üçün karantin hesab olunan məhsullar aşkarlanmaqda davam edir.

Rosselxoznadzor qeyd edib ki, 96,2 milyon ədəd gül məhsulunun idxalı zamanı 135 qanun pozuntusu qeydə alınıb. Bu göstərici 2025-ci ildə aşkar edilmiş bütün halların 77 faizini təşkil edir./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05