Rusiya Fransanı hədələdi

media-hightechnic-468x90

58096Rəsmi Moskva Rusiyanın Fransaya sifariş etdiyi 2 ədəd “Mistral” tipli hərbi gəmini vaxtında çatdırmağı tələb edir.

Məlumata görə, Rusiyanın Ukraynaya təcavüzünün ardınca Fransa “Mistral” gəmilərini Rusiyaya çatdırmağı təxirə salmışdı. Hazırda Rusiyanın yüksək dairələrindən Fransaya sifarişi noyabrın sonunadək çatdırmaq tələb olunub. Gəmilər çatdırılmadığı təqdirdə rəsmi Moskva Parisi kompensasiya tələb etməklə hədələyib.

Fransada hakimiyyətdə olan Sosialist Partiyasının birinci katibi Jan-Kristof Kambadelis Fransa ilə hədə-qorxu tonunda danışmağın yersiz olduğunu deyib: “Fransa müstəqil dövlətdir və “Mistral” gəmiləri ilə nə edəcəyini özü bilər.”

Xatırladaq ki, bu məsələ Vladimir Putinin və Fransua Ollandın həftə sonu Avstraliyanın Brisban şəhərində keçiriləcək Böyük İyirmiliyin görüşündə müzakirə olunacaq. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600