“İslam terrorçuluğu” haqqında dövriyyəyə buraxılan stereotip indi də qlobal trenddir”.
Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Rusiyada İslam dininə münasibəti dəyərləndirən Tatarıstanın ictimai xadimi, müstəqil jurnalist Rəsul Tavdiryakov deyib.
Onun sözlərinə görə, bu “trend” müəyyən dairələrə öz məqsədlərini həyata keçirmək üçün lazımdır:
“Reallıq bundan ibarətdir ki, hazırda Rusiyada İslamofob əhval-ruhiyyə mövcuddur. Bu münasibət ilk növbədə KİV tərəfindən diqtə edilir. “İslam terrorçuluğu” haqqında dövriyyəyə buraxılan stereotip indi də qlobal trenddir.
Risk edib deyə bilərəm ki, bu trend öz nifrətini yönəltmək istəyənlərə sərf edir və digər tərəfdən, təqib olunan İslam dininin elə bir obrazını müəyyənləşdirir ki, artıq əqidə uğrunda qurban olmaq zərurəti aradan qalxır.
Tatar dilinin məktəblərdə tədrisinin qadağan olunması zamanı rus dili təəssübkeşlərinin fəallaşmaları nəticəsində yaranan insident də bu bəlağətli yanaşmanı təsdiqləyir. Əslində isə hər hansı qarşıdurma yaranması üçün gerçək zəmin yox idi”.
Qafqaz Ömərov
www.yenicag.az