Rusiya Odessaya raket zərbəsi endirdi - Ölən və yaralananlar var

media-hightechnic-468x90

Rusiya ordusu Ukraynanın Odessa şəhərinin infrastruktur obyektlərinə raket hücumu həyata keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Marçenko məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində ölən və yaralananlar var, lakin onların sayı hələ dəqiqləşdirilməyib.

“Düşmən Odessanın infrastruktur obyektlərindən birinə raket zərbəsi endirib. Təəssüf ki, ölənlər və yaralananlar var. Biz bunu belə qoymayacağıq. Ukrayna torpaqlarında bir işğalçı qalana qədər onları məhv edəcəyik”, – Marçenko sosial şəbəkə hesabında yazıb.

Deputat Aleksiy Qonçarenko bildirib ki, raket zərbəsi zamanı 13 yaşlı yeniyetmə oğlan ölüb, 18 yaşlı qız yaralanıb.

Raket hücumunun təfərrüatları dəqiqləşdirilir./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600