Ukrayna Belarusla bu sazişə son qoydu

media-hightechnic-468x90

Ukrayna hökuməti Belarus ilə gömrük əməkdaşlığı haqqında sazişin fəaliyyətinə son qoyub.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin saytında dərc edilmiş qərarda bildirilib.

“22 sentyabr 2000-ci il tarixində Ukrayna Nazirlər Kabineti ilə Belarus hökuməti arasında Minsk şəhərində imzalanmış gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişin fəaliyyətinə son qoyulsun. Xarici İşlər Nazirliyi müəyyən olunmuş qaydada Belarus hökumətinə sazişin fəaliyyətinin dayandırılması barədə məlumat versin”, – sənəddə yazılıb.

Ukrayna tədricən Rusiya, Belarus və Suriya ilə imzalanmış sazişlərdən də çıxır./Report/

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa