Rusiya Gürcüstanı “3+3” formatına dəvət etdi

media-hightechnic-468x90

Cənubi Qafqaz üzrə “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, Türkiyə, İran) xarici işlər nazirləri səviyyəsində keçiriləcək üçüncü görüş hazırlıq mərhələsindədir və keçiriləcəyi yer seçilir. Formatın Gürcüstan üçün qapıları hələ də açıqdır.

Yenicag.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə mediasına verdiyi müsahibədə bildirib.

“Artıq iki görüş keçirilib, indi üçüncüsü hazırlanır. Gürcüstanlı qonşularımız hələlik iştirakdan çəkinirlər, lakin biz hər zaman vurğulayırıq ki, onlar üçün qapı açıqdır”, – Lavrov qeyd edib.

“Biz Cənubi Qafqazda ümumi qonşularıq”, – deyə Lavrov vurğulayıb və xatırladıb ki, “3+3” formatının əsas təşəbbüskarları Türkiyə və Azərbaycan olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa