!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya qarışmasa, Azərbaycan Qarabağda müharibəyə başlayacaq” – Vitali Bala

!Reklam – Yazi

“Moskvanın müdaxilə etməmək siyasəti Qarabağ münaqişəsinin dinc həllinə imkan verərdi”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində ukraynalı politoloq, Situasiyaların Modelləşdirilməsi Agentliyinin rəhbəri Vitali Bala deyib.

Ukraynalı politoloq öncə Azərbaycanla Ukraynanı yaxınlaşdıran ortaq məqamların əhəmiyyətindən danışıb:

“Azərbaycan da Ukrayna kimi, hər zaman Rusiyadan asılı olmamağa çalışıb. Məncə, Azərbaycanla Ukrayna arasında dostluq münasibətlərinin əsasını elə bu məqam təşkil edir. Məsələn, müqayisə aparsaq, Ukrayna ilə Ermənistan arasında belə birləşdirici cəhət yoxdur.

Tarixi şərait elə gətirib ki, Ermənistan “dostlar”ın – Azərbaycan və Türkiyənin əhatəsinə düşüb. Bu halda İrəvanın Rusiyanın çaldığına oynamaqdan başqa yolu qalmır. Azərbaycan isə müəyyən təbii sərvətlərə malik dövlət kimi, Rusiyanın təsir rıçaqlarından daha az asılı olub.

Siyasi və iqtisadi baxımdan müstəqil olmaq arzusu Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova (GUAM) ittifaqının yaranması ilə nəticələndi və Moskva bu qurumu “antiRusiya ittifaqı” elan etdi.
Ümumiyyətlə, digər keçmiş sovet respublikalarından fərqli iqtisadi layihələrin hazırlanması və həyata keçirilməsində Azərbaycan Ukrayna üçün daha əlverişli dövlətdir.

GUAM-ın gələcəyinə baxdıqda, bu qurumun inkişafı Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın uzlaşma dərəcəsindən asılı olacaq.

Azərbaycan Ukraynanın enerji təminatında da mühüm rol oynayır. SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələri standartlara cavab verir, onun təklif etdiyi yanacağın keyfiyyəti də yüksəkdir. Ukraynanın avtomagistrallarında hərəkət edən avtomobillərin çoxu məhz SOCAR-ın yanacaqdoldurma məntəqələrində benzin vururlar”.

Bala hesab edir ki, Ermənistanda mümkün hakimiyyət dəyişikliyi İrəvanın Qarabağ siyasətinə təsir göstərməyəcək:

“Ermənistandakı istənilən siyasətçi Qarabağın erməni torpağı olduğunu deyəcək. Ancaq məsələ konkret siyasətçinin hakimiyyətə gələcəyi təqdirdə nə edəcəyidir. Yəni Paşinyan baş nazir seçilərsə, Qarabağ danışıqlarının bərpa edilməsinə dair məsələ hələ açıq qalır.

Çünki onun Rusiyaya reverans xarakterli çıxışları da olub. Ona görə də bu fikirdəyəm ki, Paşinyanın hakimiyyətə gəlişi ilə Ermənistanın Qarabağ məsələsində güzəştə gedəcəyi və ya sülhə yönəlik təkliflər irəli sürəcəyi haqda illüziyaya qapılmaq lazım deyil. Əgər Ermənistan əhalisinin 50 faizi Qarabağı erməni torpağı hesab edirsə – əminəm ki, bu, belədir –  bu halda heç bir siyasətçi yanaşmaya qarşı çıxmayacaq. Əks halda, onu təslimçi adam kimi qəbul edəcəklər”.

Politoloqun fikrincə, Rusiya neytral mövqe tutarsa, Azərbaycan Qarabağda müharibəyə başlaya bilər:

Rusiya neytral mövqe tutarsa, Azərbaycan o zaman münaqişənin hərbi yolla həllinə əl ata bilər. Eyni zamanda, Rusiya müdaxilə etməsə, münaqişənin dinc vasitələrlə aradan qaldırılması da mümkündür”.

COP29

www.yenicag.az

2550
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv