Rusiya üçün növbəti “Krım sindromu” – Moskvanın işğal etdiyi ərazilərin aqibəti NECƏ OLACAQ?

media-hightechnic-468x90

“Rusiya nə qədər işğal da etsə, bu dünya tərəfindən tanınmayacaq”.

Bu sözləri Rusiya-Ukrayna müharibəsinin gedişi, ABŞ-nin Ukraynaya gah silah verəcəyi, gah da verməyəcəyi ilə bağlı bəyanatlarını Yenicag.az-a şərh edən Zərdüşt Əlizadə deyib.

media-zerdust1

O, bildirib ki, Qərbin əsas məqsədi zəif Ukrayna və Rusiyadır:

“ABŞ-nin, Qərbin məqsədi bəlli idi. Rusiya ilə Ukrayna müharibə aparsın, mümkün qədər çox itki versinlər, münaqişə dərinləşsin, hə iki dövlət haldan düşsün. ABŞ gah deyir ki, dəstək verəcəyəm, gah deyir, verməyəcəyəm. Yaxud gah deyir, elə dəstək verəcəyəm qalib gəlməyəsən, gah da deyir, elə dəstək verəcəyəm ki, məğlub olmayasan. Bunlar hamısı söz oyunudur”.

Z. Əlizadə əlavə edib ki, sözügedən məsələdə əsas məsələ əməldir:

“Əməldə Qərb çox alçaq mövqe tutub. Əvvəla, Ukraynanın avam rəhbərliyindəki bəziləri icrası mümkün olmayan vədlər verib. Onların Avropa İttifaqına, NATO-ya qəbul olacağını bildiriblər. Ukrayna rəhbərliyi Rusiya ilə münasibətləri korlayıb. İndi də düşmənçilik həddinə çatıb. Qərb hər iki dövləti zəiflədir, bir-birinə qırdırır. Rus ordusu hara qədər gedəcək? Rusiyanın işğal etddiyi ərazilər heç vaxt tanınmayacaq. Rusiya on illərlə sanksiyalar altında qalacaq. Necə ki Ermənistanın Qarabağ işğalını tanımadılar. O cümlədən Donetsk, Luqansk, Xarkov, Zaporojya Rusiya ərazisi kimi tanınmayacaq”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600