!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsi ilə yeni TƏKLİF: “Kiyev bununla barışmalıdır”

!Reklam – Yazi

 

“Kiyev itirilmiş ərazilərlə barışmalı, daha ağır şərtlərə məruz qalmamaq üçün sülhə gəlməlidir”.

Bunu Yenicag.az-a açıqlamasında son günlər Rusiyanın Ukrayna ilə döyüşdə aktivliyinin müharibənin taleyinə təsirindən danışan politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda proseslərin çox dəyişkən olduğu dövrdür, yəni hadisələrin gedişatı ilə bağlı dəqiq proqnoz vermək çətinləşib.

“Əlavə olaraq, xarici və tanınmış hərbi ekspertlərin belə irəli sürdüyü ehtimallarda yanıldığı müşahidə edilir. Bir tərəf Ukrayna Qərbin dəstəyi ilə tez bir zamanda Rusiyanı məğlub edəcək deyirdisə, digər kəsim Rusiyanın ildırım sürəti ilə qalib gələcəyini deyirdi. Ancaq Rusiyanın ərazi bütövlüyünün pozulması müharibəni uzatmaqla yanaşı taleyini qeyri-müəyyən edir”, – deyə o bildirib.

Politoloq əlavə edib ki, vacib faktor bu müharibənin rezervlərin tükədilməsinə yönəlməsidir.

“Eyni zamanda, psixoloji amilləri də nəzərə almaq lazımdır. ABŞ-də prezident seçkiləri yaxınlaşdıqca Rusiya daha da aqressivləşir və yeni ərazilər ələ keçirir. Bu, gələcəkdə diplomatik müstəvidə Rusiyanın əlinin güclənməsinə hesablanıb. Yəni həm Qərbə mesaj verilir, həm də Ukraynanın qarşısına fakt qoyulacaq. Yəni Kiyev itirilmiş ərazilərlə barışmalı, daha ağır şərtlərə məruz qalmamaq üçün sülhə gəlməlidir.

Bu il müharibəni bitirmək vacibdir. Çünki qarşıdan soyuq qış gəlir. Rusiyanın isə həmin aylarda necə döyüş apardığı ilə bağlı çoxsaylı faktlar var. Tərəfləri sülhə gətirmək istəyən qardaş ölkə Türkiyənin vasitəçiliyi ilə İstanbul görüşünün davam etdirilməsinə ehtiyac var. Tərəflər bu imkandan istifadə etməlidir”, – deyə o fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

151
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv