Rusiya-Ukrayna müharibəsi MDB-ni bitirdi? – "Heç bir iqtisadi və siyasi çəkisi yoxdur"

media-hightechnic-468x90

“MDB sadəcə nostalji bir qurum olaraq fəaliyyət göstərir”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Samir Hümmətov bildirib.

Politoloq Moldovanın bu gün rəsmi olaraq MDB-dən çıxmasını şərh edərək, qurumun effektivliyinin aşağı olduğunu diqqətə çatdırıb:

“MDB-nin indiyə qədər də mühüm bir funksiyası yox dərəcəsində idi. Qurum ilk yaradıldığı dövrdə Sovetlərin davamı olacağına dair böyük ümidlər var idi. Lakin Baltikyanı ölkələr buna maraq göstərmədi, daha sonra isə bir neçə dövlət qurumu tərk etdi. İndi isə Moldova MDB-dən uzaqlaşdı.

Hazırda təşkilatda Belarus, Ermənistan, Azərbaycan və Orta Asiya ölkələri qalıb. MDB-nin hazırda nə iqtisadi səmərəliliyi görünür, nə də siyasi çəkisi hiss olunur. Sadəcə olaraq, orada qalan dövlətlər ümumi nostalji hissləri ilə bir yerdədirlər. MDB formal, kağız üzərində qalan bir sistem kimi ömrünü davam etdirə bilər, lakin bundan sonra ciddi bir quruma çevrilmə ehtimalı yoxdur. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda parçalanan fikir birlikləri də bunun ən bariz nümunəsidir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05