!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 10-cu GÜNÜ: Pilotların “qətliam”ı... - TƏHLİL

!Reklam – Yazi

Geridə qalan onuncu günə Rusiyanın təxmini itkiləri:

9000-ə yaxın əsgər, 44 döyüş təyyarəsi, 42 döyüş heleopteri, 250 tank, 1300-dən çox hərbi texnika, 40 ədəd reaktiv yaylım atəş sistemi, 12 PUA, 4 qayıq və 660 ədəd avtomobil texnikası.

Ukrayna tərəfinin təxmini itkiləri:

7000-ə yaxın hərbçi, 3500-ə yaxın mülki şəxs, 1640 hərbi obyekt, , 44 ədəd S-300 zenit-raket kompleksi, 12 ədəd “Buk M-1” və “Osa” zenit-raket kompleksləri, 60 RLS stansiyası, 58 təyyarə, 490 tank və digər zirehli döyüş maşını, 70 reaktiv yaylım atəş sistemi, 300 səhra artilleriya qurğusu və minaatan, 360 xüsusi təyinatlı hərbi texnika, 50 pilotsuz uçuş aparatı.

Ukrayna-Rusiya müharibəsinin onuncu gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bilrib ki, müharibənin 10-cu gününü analiz edəndə gürürük ki, döyüşlər əvvəlki günlərdəki tempdə davam edir:

“Rusiya ordusu Ukraynanın bataqlıqlarında çətin vəziyyətə düşüb. Hücumda iştirak edən rus əsgərləri həm də pis hava şəraitinə qarşı da döyüşür. Döyüşlərdə həm ruslar, həm də ukraynalılar itkilər verirlər. Ukrayna ordusu Qostomel şəhərində rus ordusunun desantlarını məhv edib. Nikoloyev döyüşçüləri və sakinləri hava limanını geri alıblar. Səhər saatlarında Rusiya kalonunu sıradan çıxarıblar. Nikoloyev şəhərində güclü döyüşlər gedir. Orada ruslar çoxlu itkilər veriblər. Yerli əhali əvvəlki günlərdə olduğu kimi eyni templə orduya dəstəklərini göstərirlər.

Meşələrdə rusların hərəkət edə biləcəkləri yolları bağlayırlar. Bununla da bir neçə istiqamətdən hərəkət edən Rusiya kalonunun hərəkətini yavaşıdırlar.

Dolayısı ilə onların puskuya salınmasına şərait yaradırlar. Gün ərazində Nijinski şəhərində döyüşlər çox ağır keçib. Əməliyyatlar balşadığı gündən bu günə qədər Rusiya qoşunlarının irəliləməsi Xerson şəhərini ələ keçirmələri ilə yekunlaşıb.

Xerson şəhərindən başqa rus qoşunları Rusiyanın hədəflədiyi strateji şəhər və obyektləri ələ keçirə bilmədilər. Dolayısı ilə 10-cu gün də rusların eyni hücum tempi ilə davam etdi. 10-cu gün də də Rusiya siyasi hakimiyyəti sahədə “denazifikasiya və demilitarizasiya” planını həyata keçirə bilmir. Bu planın icrasında əməliyyatlar teatrında çox çətinlik çəkir. Onuncu gün rus pilotlarının “qətliam günü” kimi yadda qaldı. 10 gün müddətində Rusiyanın 4 döyüş təyyarəsi və 4 helikopteri vuruldu.Toplam rusların 44 döyüş təyyarəsi və 42 helikopteri vurulması hərbi hava qüvvələrinin onurğa sütununun zədələnməsi deməkdir. Əslində, o pilotlar Rusiya silahlı qüvvələrinin ən təcrübəli və hazırlıqlı hərbi pilotları sayılırdı. Demək olar ki, onlar hamısı bütün hərbi konflikt yerlərində Rusiya ordusunun tərkibində iştirak etmişdilər. Onuncu günün sonunda Rusiyada döyüş təcrübəsi olan çox az sayda pilotlar qalmış oldu. Adətən müharibələrdə ən çox təcrübəsi olan pilotlar müharibələrin ilk mərhələsində döyüşlərə cəlb olunurlar.

Dolayısı ilə müharibənin birinci on günü ordular bütün “qaymaqlarını” itirir. Həm pilotların itkisi, həm də Rusiya döyüş təyyarələrinin və helikopterlərinin itkisi Rusiya hərbi hava qüvvələrinin də zəifləməsinə gətirib çıxaracaq. Pilotların itkisi rusiya hərbi rəhbərliyində təlaş yaradan səbəblərdən biridir. Quru qoşunlarının əsgərlərinin ölümü Rusiya “beyin mərkəzləri”nə o qədər də təsir etməsə də, pilotlar 20-30 ilə yetişdirilən bir heyətdir. Rusiya hakimiyyəti çox güman ki, bunun fərqindədir.

Rus hərbi kalonları Ukraynanın dərinliklərinə hərəkətlərini davam etdirir. Rusiya birlik və birləşmələrinin qərargahları sahədə hücum tempini artırmaq üçün yeni manevrlər etməyə çalışırlar. Şəhərləri mühasirəyə alırlar və raketlərlə şəhərləri vururlar.

Şəhərlərdə mülki əhali və hərbi qüvvə sıfırlanandan sonra şəhərlərə girmək istəyirlər. Bu taktika ilə vaxt itirirlər. Əslində, Ukraynaya gələn kalonların hərəkətsiz qalması da bu məqsədi güdür.

Onuncu gündə iki şəhərdə humanitar koridor yaradılmasına cəhd edildi. Əslində, humanitar koridor mülki əhalinin təxliyyəsi və meyitlərin götürülməsi üçündür. Ancaq humanitar koridor çox effket vermir. Adı humanitar koridor olsa da, bəzən həmin funksiyanı yerinə yetirən heyətlər atəş altına düşə bilirlər. Görünən odur ki, Rusiya siyasi hakimiyyəti çox tələsir. Xüsusən də Ukraynaya verilən xarici dəstəyin artması, eyni zamanda hava şərtləri, mart ayında Ukrayna meşələrində qarın əriməsi Rusiya ordusunun əleyhinə işləyəcək. Həm də iqtisadi sanksiyalardan dolayı verdiyi itkilər Kremli düşünməyə vadar edir.

Kiyev hakimiyyəti tələsmir. Vaxt qazandıqca gücünə güc qatır. Humanitar yardımın, muzdluların, silah-sursatın gəlməsi, mülki əhalinin təxliyyəsi, şəhərlərdə qeyri-nizami ordunun yaradılması ilə taktiki olaraq gücünü artırır. Sahədə çox effektli müdafiə olunurlar. Muzdluların sayı günü-gündən artır və qarşı tərəfdə itkilərin artmasında da rolları çox böyükdür. ABŞ-nin FOG özəl müzdlular şirkəti də Ukraynada olduqlarına dair açıqlama verib. Ukrayna tərəfindən döyüşən çeçen mücahidləri batalyon yaradıb, bearus muzdluları azadlıq bölüyü yaradıb və hamısı sahədədir. Dünyada kim Ukraynaya kömək edə bilərsə, onların hamısının muzdluları sahədədir.

Ukraynadan Köç dalğası da artıb. Rusiya bir az öncə üçüncü fazanı bitirmək üçün daha hiddətli və aqressiv şəkildə şəhərlərə raket zərbələri endirəcək. Sanki siyasi dialoqun tez zamanda baş tutması üçün raket zərbələrinin sayı da artır. Müharibənin dayanması üçün siyasi çözüm olmalıdır. Masaya güclü oturmaq üçün Putin silahlı qüvvələrini tələsdirir. Bu tələsmə həm Rusiya ordusunun itkilərinin artmasına, həm də Ukrayna ordusuna və mülki əhalisinə baha başa gəlir.

Tələsmək demək, əldə olan mümkün bütün qadağan olunan və olunmayan raket arsenalından istifadə etmək deməkdir.

Kreml rəhbərliyinin müsahibələrinə baxanda məlum olur ki, Rusiya siyasi rəhbərliyi sahədə olanlar barədə, xüsusilə verilən itkilər barədə doğru-düzgün məlumatlandırılmır. Sahədə baş verən hərbi itkilər barədə sanki hər hansı bir bariyerdən məlumatlar yuxarıya keçə bilmir.

Putin sahədə baş verənlərdən tam da məlumatlı olmaması kimi görsənir. İtkilərin bu səviyyəyə çatması, əslində, onu başqa cür davranmağa sövq etməli idi. Nədənsə bu baş vermir.

Beynəlxalq aləmdə də Ukraynaya siyasi, maddi, canlı qüvvə baxımından dəstəyin artması bu ölkənin əlini daha da möhkəmləndirir.

Əslində, müharibənin taleyini xalqların müharibəyə münasibəti həll edəcək.

Ukrayna xalqının münasibəti ortadadır. Əllərində silah müdafiə olunurlar. Görünən odur ki, Rusiya siyasi hakimiyyətin qorxusu altında olduğu üçün bu ölkədəki xalqlar bir az müharibənin taleyinə təsir edə bilmirlər. Nəticə etibarı ilə xalqları müqayisə etsək, Ukrayna xalqı müharibəyə daha hazırlıqlıdır. Önümüzdəki günlərdə Rusiyanı, hücum tempinin artırmağa yönəlik addımlar atacağını, buna nail olmasa, masaya yönələcəyini düşünürəm. Sahədə taktiki baxımdan Ukraynanın üstün olduğu görünsə də, böyük itkilər versə də belə Rusiyanın hərbi gücü ortadadır. Çünki arsenalında kifayət qədər dağıdıcı gücə malik olan raket və artilleriya silahlarının olması, önümüzdəki günlərdə müharibənin gedişatını formalaşdıra bilər”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

1204
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv