Ukrayna MN Rusiya ordusunun yeni itkilərini açıqladı:
Şəxsi heyət – 11 min nəfərdən çox, tanklar – 285 ədəd, AFV-lər – 985 ədəd, artilleriya sistemləri -109 ədəd, MLRS -50 ədəd, hava hücumundan müdafiə sistemləri – 21 ədəd, təyyarələr – 44 ədəd, helikopterlər – 48 ədəd, avtomobil texnikası – 447 ədəd, yüngül sürətli qayıqlar – 2 ədəd, yanacaq-sürtkü materialları olan çənlər – 60, əməliyyat-taktiki səviyyəli PUA-lar – 4. Təkc dünən 650-dən çox yaralı rus əsgəri irəli mövqelərdən Luqansk vilayətinin Bryanka kəndindəki mərkəzi şəhər xəstəxanasına çatdırılıb.
Rusiya MN Ukrayna ordusunun yeni itkilərini açıqladı:
2200-dən çox hərbi obyekt; 76 idarəetmə məntəqəsi və rabitə qovşağı; 93 təyyarə; 778 tank; 111 S-300 və OSA zenit-raket kompleksi; 62 PUA; 77 reaktiv yaylım atəşi sistemi; 279 səhra artilleriyası və minaatan; 553 ədəd xüsusi təyinatlı hərbi texnika.
Ukrayna-Rusiya müharibəsinin onbirinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyev bildirib ki, 11-ci gün Rusiya qoşunlarının dayandırılması və ərazilərdə geri püskürdülmələri ilə yekunlaşıb:
“Ukrayna Müdafiə qüvvələrinin qruplaşması cənub, şərq və şimal istiqamətlərində müdafiə əməliyyatını davam etdirir. Rusiya Silahlı Qüvvələrinin dəniz piyada korpusunun 61-ci əlahiddə briqadasının komandiri, polkovnik-leytenant Dmitri Safronov və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hava-Desant Qüvvələrinin 11-ci əlahiddə hücum briqadası komandirinin müavini, polkovnik-leytenant Denis Qleblov öldürülüb.
Ukrayna Çuquyev şəhərini azad edib, Rus hərbçiləri Nikolayev şəhərini tərk edib, Severodonetsk istiqamətində də Ukrayna ordusu əks hücuma keçərək ruslara çox böyük itkilər verib.
Kiyev vilayətinin İrpen şəhəri bombalanır, Şəhər uğrunda ölüm-qalım savaşı gedir.
Nikolayev, Xerson şəhərləri raket artileriya atəşi altındadır .
Luqanskda separatçıların yanacaq anbarı vurulub.
Müharibənin 11-ci günü Belarus Silahlı Qüvvlərinin Baş Qərargah rəisi Quleviçin istefası əsl sensasiya oldu. Əslində onun istefası hücum qruplaşmalarında olan generalitetin əhval ruhiyyəsini əks etdirir və və bu təsirsiz ötüşməyəcək.
Böyük Britaniyanın ehtiyatda olan Kral Dəniz Piyadaları “Beynəlxalq Legion” adı altında Ukraynaya gəliblər. Beynəlxalq muzdlu legion artıq 20 000 qüvvə ilə Ukrayna şəhərlərində və meşələrindədir. Ukraynada çeçenlər “Şeyx Mansur batalyonu” yaratdılar və bunun müqabilində Ukraynadan pul almayacaqlarını bildirdilər. Belaruslar müqavimət bölüyü ilə Ukraynanı dəstəkləməyə davam edir.
Moskvada xalqın müharibə əleyhinə protestlərə başlaması müşahidə olundu. Bu, Kremlə ciddi məsaj sayılmalıdır.
Əməliyyatlar teatrında baş verənlər o qənaətə gəlməyə əsas verir ki, müharibənin iki uduzanı, bir udanı olacaq…
Ukrayna siyasi və hərbi rəhbərliyi tək yolun dirənmək olduğunu düşünür. Taktik səviyyədə zaman da onların leyhinə işləyir. Ukraynalıların bu ana qədər qəhrəmancasına dirənməsi və bunu davam etmələrik istəmələri də ideoloji olaraq buna hazır olmalarından xəbər verir .
Strateji səviyyədə zaman üçüncü güclərin maraqlarına daha çox işləyir.
Bütün dünya sanki Rusiya əleyhinə “beynəlxalq legiona” çevrilib. Bu həm sahədə, həm də informasia və iqtisadi sahədə özünün təsirini göstərəcək və psixoloji olaraq Rusiyanın bunu nə qədər qaldıra biləcəyini önümüzdəki günlərdə görəcəyik. Eyni zamanda, quru qoşunları səviyyəsində qoşunların döyüş hazırlığı Rusiya liderini məyus etdi. Operativ rezervlərin də müharibənin 11 günündə müharibəyə daxil edilərək tükədilməsi əməliyyatlar teatrında Rusiyanın uyğun olmayan duruma düşməsinə gətirəcək. Strateji ehtiyyatlar isə səfərbərliklə dəstəklənməlidir. Rusiyada bu resurslar nə qədər müharibəyə getməyə arzuludur, bu mübahisəlidir.
Ukaynada isə mülki əhali səfərbərlik orqanlarının cəbəyə göndərməsi üçün mümkün bütün vasitələrə və yollara baş vururlar. Bizim müharibəmizdəki kimi…
11-ci gün Rusiya qoşunlarının dayandırılması və ərazilərdə geri püskürdülmələri ilə yekunlaşdı.
Bu isə öz növbəsində Kremlə hərbi elitanı “məhv etməyə”, həm də “öldürücü” raket arsenalına əl atmasına tam da səbəb verə bilər. Bunun Kreml üçün nə qədər mümkün variant olmasını önümüzdəki günlərdə görəcəyik”.
Səxavət Məmməd
www.yenicag.az