!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 40-cı GÜNÜ: Bu istiqamətlərdən rusların yeni hücumları gözlənilir - TƏHLİL

!Reklam – Yazi

40 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 491 ədəd, artilleriya sistemləri – 330 ədəd, hava hücumundan müdafiə sistemləri – 120 ədəd, təyyarələr – 120 ədəd, helikopterlər – 134 ədəd, avtomobil texnikası – 1 400 ədəd, PUA-lar – 35 ədəd, hərbi obyekt – 240 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 330 ədəd, zenit-raket kompleksləri – 235 ədəd, gəmi kater – 7 ədəd .

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 172 ədəd, artilleriya sistemləri – 522 ədəd, hava hücumundan müdafiə sistemləri – 125 ədəd, təyyarələr – 69 ədəd, helikopterlər – 28 ədəd, avtomobil texnikası – 1 662 ədəd, PUA-lar – 127 ədəd, hərbi obyekt – 3 550 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 163 ədəd, zenit-raket kompleksləri – 147 ədəd.

Ukrayna-Rusiya müharibəsinin qırxıncı gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, ruslar geri çəkilmələrinə baxmayaraq, şəhərləri atəş altına almağa davam edirlər:

“Artıq Rusiya Ukrayna müharibəsinin 40 günü arxada qaldı. Müharibənin 40-cı günü döyüşlər, əsasən, şimal-şərq cəbhəsində Kiyev-Çerniqov-Sumı-Xarkov-Donbas istiqamətlərində, cənub-şərqdə isə Zaporojye-Mariupol-Nikolayev-Xerson-Odessa istiqamətlərində davam etdi. Ruslar şimal-qərb istiqamətindən qoşunlarını qismən geri çəkərək cənub-qərb istiqamətində qruplaşmalar yaradır. Şimal-şərq cəbhəsində Ukrayna qoşunları, cənub-şərq istiqamətində isə Rusiya qoşunları əməliyyat şəraitinə nəzarət etməyə davam edirlər.

Çerniqov, Xarkov, Volnovaxa, Mariupol dağılmış haladadır. Ukrayna ordusu Çerniqov vilayəti yaxınlığında Kolıçovka, Yaqidne, İvanovka yaşayış məntəqələrini nəzarətə götürdü. Ukrayna qoşunları yaxın günlərdə Donetsk, Luqansk, Xarkov vilayətləri istiqamətindən rusların yeni hücumlarını gözləyirlər.

Müharibənin 40-cı gününün nəticəsinə görə, Rusiya qoşunları bir çox istiqamətlərdə məğlubiyyətlə üzləşib. Bölmələrin və hərbi hissələrin bir çoxu komandirlərini itirib, texnikaları darmadağın edilib. Ukrayna ordusunun və könüllülərin ciddi müqaviməti nəticəsində xeyli itki veriblər. Bu səbəbdən onlar geri çəkilməyə, yenidən qruplaşmağa məcburdurlar. Yenidən qruplaşmanı başa çatdırdıqdan sonra növbəti mərhələdə hücumlar təşkil edəcəklərinin şahidi olacağıq.

Əsas hücum istiqamətinin Xarkov-Mariupol-Nikolayev-Odessa istiqamətində olacağını düşünürəm.

40-cı gün rus ordusunun hərbçilərinin geri çəkilərkən Buça yaşayış məntəqəsində mülki əhalini qəddarcasına qətlə yetirməsi xəbəri beynəlxalq arenada partlama effekti yaratdı. Ukraynanın bu xəbər üzərinə apardığı informasiya müharibəsi əməliyyatlar teatrında baş verənləri ikinci plana attı. Ukrayna Prezidenti hadisə yerinə gələrək jurnalistlərə müsahibə verdi və dedi ki, biz bundan sonra hansı danışıqları apara bilərik? Bu müharibənin davamı üçün ciddi siqnaldır. Buçada yaşanan hərbi cinayətləri beynəlxalq mətbuatda manşetlərə çıxarıldı. Öndə gedən media orqanları Buçada yaşananları bütün dünyaya duyurdu.

Rusiya isə öz ampluasında qaldı. Ruslar bunu onların hərbçilərinin etmədiyini, əksinə, Ukrayna hərbçilərinin özlərinin bu hadisələri törətdiklərini irəli sürdü. Daha da irəli gedərək bu məsələyə qiymət verilməsi üçün BMT-nin toplanmasını və İnsan Hüquqları üzrə Komitəsinin yaşananlara hüquqi qiymət verməsini təklif etdi. Nəticənin nə ilə bitəcəyindən asılı olmayaraq müharibə cinayətləri kontekstində rusların “imic”i ciddi zədələnmiş oldu.

40-cı gün informasiya müharibəsinin zirvəyə çatması ilə yadda qaldı. Hələlik Rusiya-Ukrayna informasiya müharibəsinin qalibi Ukraynadır. Əməliyyatlar bölgəsində taktiki səviyyədə nəzarəti necə ələ keçiriblərsə, informasiya cəbhəsində də o qədər uğurludurlar. Bizim 44 günlük müharibəmizdə Azərbaycan Prezidenti Ali Baş Komandan kimi informasiya cəbhəsində necə uğurlu müharibə aparırdısa, Ukrayna Prezidenti də eynisini etməkdə davam edir. Biz bu məqamı da analiz edəndə Ukrayna Prezident Aparatının müharibəmizi necə dəqiqliklə incələdiyinin bir daha şahidi oluruq.

44 günlük müharibədə Azərbaycan tərəfi informasiya müharibəsini mükəmməl icra edirdi. Prezident xarici media orqanlarına müsahibələr verir, ərazilərin işğaldan azad edilməsini xəbərini sosial şəbəkələrdən açıqlayır və daha sonra xalqın qarşısına çıxaraq müharibənin gedişatını anladırdı. Bundan əlavə, Müdafiə Nazirliyinin nümayəndəsi mətbuatla çox sıx əməkdaşlıq edirdi, davamlı olaraq brifinqlər keçirirdi. Biz öz müharibəmizdən də görmüşdük ki, sahədə və informasiya müharibəsində paralel işləmək lazımdır. Müharibələr bir əməliyyatlar teatrında, bir də informasiya cəbhəsində aparılar. Bu iki komponent bir-birini tamamlayanda zəfər daha da yaxın olur. Bunu uğurla edə bilən tərəfin masada mövqeyi güclü olur. Əgər bunlardan biri axsasaydı, ciddi nəticəsi ilə qarşılaşardıq. Ukrayna tərəfində də bu halı açıq görə bilirik. Ukraynanın bu məsələdə bir üstünlüyü də ondan ibarətdir ki, Qərb mediası onların üzərinə gəlmir, əksinə, tam dəstək verirlər.

Ruslar isə əməliyyatlar teatrında strateji səviyyədə hədəf dəyişdirmə pauzasındadırlar. Önümüzdəki günlərdə bu hədəflərə doğru hərəkətə keçəcəklərini müşahidə edəcəyik. Xüsusən də Xarkov, Mariupol, Odessa bölgələrinə nəzarəti tam ələ keçirməyə cəhd göstərəcəklər. Görünən odur ki, rusların strateji hədəfi artıq Donbas, Luqansk, Donetsk, Krım və Odessanın nəzarətə alınmasından ibarətdir.

Ukraynanın tamamında məqsədlərinə çata bilmirlərsə, heç olmasa, bu ərazilərə hakim olmaları masaya oturmaları üçün yetərli ola bilər. Üstün müqavimət göstərən Ukrayna qoşunlarına qarşı bu hədəflərə doğru necə irəliləyə biləcəklərinin nəticələrini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

1253
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv