!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 47-ci GÜNÜ: Müharibə artıq mövqe döyüşlərinə çevriləcək - TƏHLİL

!Reklam – Yazi

47 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 640 ədəd, avtomobil texnikası – 1 438 ədəd, səhra artilleriyası və minaatanları– 349 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 110 ədəd, zenit-raket kompleksləri – 248 ədəd, təyyarələr – 140 ədəd, helikopterlər – 140 ədəd, PUA-lar – 452 ədəd, gəmi, kater – 7 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 193 ədəd, avtomobil texnikası – 1 675 ədəd, səhra artilleriyası və minaatanlar – 850 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 112 ədəd, zenit-raket kompleksləri – 160 ədəd, təyyarələr – 73 ədəd, helikopterlər – 32 ədəd, PUA-lar – 138 ədəd.

Ukrayna-Rusiya müharibəsinin qırx yeddinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 47- ci gün döyüşlər, əsasən, Xarkov, Xerson, Nikolayev, Donbas, Donetsk, Luqansk, Mariupol ərazilərində gedib:

“Gün ərzində əməliyyatlar teatrında tərəflərin operativ və taktiki vəziyyətində ciddi bir dəyişiklik baş vermədi. Əsas etibarı ilə mövqe döyüşləri davam etdi. Bu da tərəflərin şəxsi heyət və texnika itkisi ilə nəticələndi. Xarkov şəhəri gün ərzində güclü raket-artilleriya atəşinə tutuldu. Ukrayna Silahlı Qüvvələri rusların nəzarətində olan Luqansk vilayəti ərazisində ruslara məxsus döyüş sursatı anbarını partlatdı. Ukrayna ordusu Xerson vilayətinin Darıvka kəndi ərazisində rusların zenit-raket divizionunun daşıyıcılarını üzərindəki S-300 operativ-taktiki raket kompleksini kolonda hərəkətdə ikən sıradan çıxardı. Maliyyə tutumu həddindən artıq bahalı olan S-300 raket komplekslərinin belə asanlıqla hədəfə çevrilməsi rusların hərəkətdə olan texnikalarının kolonlarda mühafizəsinin praktiki olaraq təşkil etməmələrindən xəbər verir. Rusların maliyyə tutumu baxımından əlçatmaz olan texniki avadanlıqlarını mühafizəsiz halda hədəfə çevirdiklərini anlamaq mümkün deyil. Amma bu baş verir.

Rusiyanın Uzaq Şərqdən Ukraynanın cənub-şərq sərhədlərinə gətirilən qoşunlarının bir hissəsi hücum hədlərindəki qruplaşmaların dislokasiya rayonlarına gəlib çatdı. Bu istiqamətdə yeni qruplaşmanın tərkibində ruslar təxminən 15-17 tabor taktiki qrupu cəmləşdirirlər. Bunun ciddi yıxıcı hücum qruplaşmasına çevrilə bilcəyini önümüzdəki günlərdə görəcəyik. Mənim fikirimcə. bu qruplaşmanın taleyi də əvvəlkilər kimi yekunlaşacaq. Çünki ukraynalılar rusların ilkin hücum niyyətlərindən xəbərdardır və buna qarşı ciddi hazırlaşırlar. Bir də yeni qruplaşmaya cəlb olunan şəxsi heyətin döyüş təcrübəsinin olmaması əməliyyatların gedişatına ciddi mənfi təsir göstərəcək. Onlar sayı təşkil etmiş olsalar da, üstün döyüş hazırlığının olmaması səbəbindən əməliyyatların başlaması ilə dərhal məhv ediləcək, yaxşı halda əsir götürüləcəklər. Ukrayna xüsusi əməliyyat qrupları ərazini yaxşı bildikləri üçün pusqu və basqın əməliyyatları ilə onları rahatlıqla sıradan çıxara biəcək.

Rusların Ukraynanın şərq bölgəsində 35-40 tabor taktiki qruplaşmasının olacağı proqnozlaşdırılır. Əsas zərbə istiqaməti yenə də Mariupol olaraq qalır. İkinci fazanın irəliləyişi də rusların istədiyi kimi getmir. 47 gün keçməsinə baxmayaraq, ciddi bir hədəf ələ keçirilməyib. İtkilər isə davamlı artır.

Mariupol şəhəri mühasirədə saxanılmaqda davam edir. Mariupolun yalnız üçdə biri “Azov” alayının nəzarətindədir. “Azov” alayının mühasirədə qalan döyüşçüləri şəhəri təslim etməməməkdə qərarlı görsənir. Buna onların gücünün yetəcəyi real görünmür. Amma yenə də sona qədər döyüşəcəklərini görəcəyik. Bütün istiqamətlərdə hər iki tərəfin qüvvələri yorulmuş vəziyyətdədir. 47 gün ərzində davamlı aktiv döyüşlərdə iştirak etmək çox çətindir. Bu səbəbdən yaxın günlərdə hər iki tərəfdən əməliyyatda qeyri-adi bir nəticənin baş verəcəyini gözləmək doğru olmazdı. Taktiki səviyyədə nə bacarırlarsa, onunla da kifayətlənirlər. Dolayısı ilə, müharibə artıq mövqe döyüşlərinə çevriləcək. Biz artıq hər gün hər hansı bir mövqedə nə baş verəcəyini müzakirə edəcəyik.

Operativ səviyyədə nəyinsə dəyişəcəyi real görünmür. Bunun üçün yeni qüvvələr lazımdır. Ehtiyatlar isə hələ yoxdur. Ukraynanın Müdafiə Nazirliyi müharibədə məhv edilmiş rusiyalı hərbçilərin sayının 20 min nəfərə çatacağını qeyd edir.

47-ci gündə də Ukraynaya beynəlxalq hərbi dəstək davam etdi. Pentaqon bildirib ki, ABŞ Ukraynaya hava yolu ilə gün ərzində 8-10 reys silah göndərir. Azərbaycan Ukraynaya təmənnasız 100 ton yanacaq (neft) verib. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə müşaviri Cozef Borel ittifaqa üzv dövlətləri təcili olaraq Ukraynaya tələb etdiyi silahları verməyə çağırdı. Günə çox maraqlı bir məlumat damğasını vurdu. Rusiyanın defolt ölkə olduğu açıqlandı. Rusiyanın defolt elan etdiyini ABŞ Prezident Administrasiyası təsdiqlədi. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi ağır sanksiyalar ilkin real nəticəsini verdi. Bu çox ciddi iqtisadi çöküşün başlanğıcı sayıla bilər. Rusiya iqtisadiyyatını daha ağır günlər gözləyir. Defolt ölkə müharibəni uzun vədəli apara bilməz. Müharibənin sonu görünməkdədir. Düşünürəm ki, önümüzdəki günlərdə hərbi əməliyyatlardan daha çox iqtisadi müharibənin nəticələrini müzakirə etməli olacağıq.

Fikrimcə, bütün bunlara baxmayaraq, ruslar önümüzdəki günlərdə yenə də şərq və cənub operativ istiqamətlərində hücumlarını davam etdirməyə cəhd edəcəklər. Ukraynalılar isə xüsusi əməliyyatlara və texnoloji silahlarla ruslara zərbələr yendirməyə davam edəcəklər”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

2510
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv