Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin hərbi aerodromuna, yanacaq-energetika obyektlərinə və nəqliyyat infrastrukturuna zərbələr endirib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, döyüş tapşırıqları əməliyyat-taktiki aviasiya, dronlar, raket qüvvələri və artilleriya tərəfindən yerinə yetirilib.
Bundan əlavə, Rusiya hava hücumundan müdafiə qüvvələri üç idarə olunan hava bombası və 72 Ukrayna dronunu məhv edib./Unikal/












