Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada görüşdü

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ara Ayvazyanla görüşüb.

Yenicag.az xəbər verir ki, nazirlər humanitar və iqtisadi məsələləri müzakirə ediblər.

“Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli müqavilələrinin həyata keçirilməsini müzakirə ediblər”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Nazirlər ikitərəfli əməkdaşlığın aktual məsələləri, iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə hazırlıq barədə fikir mübadiləsi aparıblar./Apa/

COP29