Rusiya XİN-dən Bakıya mesaj

media-hightechnic-468x90

48410“Bu gün Rusiya və Azərbaycan gələcəyə baxaraq aktiv şəkildə əlaqələrini genişləndirir”.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin Moskvada keçirilən “I Avropa oyunları”nın təqdimatı zamanı “Vestnik Kavkaza” portalına müsahibəsində deyib.

“Götürək məsələn Xəzər dənizi və Canubi Qafqazı. Biz başa düşürük ki, ikitərəfli əməkdaşlıqdan başqa, bizim böyük beynəlxalq və regional gündəliyimiz var. Bu yöndə biz hər yerdə diqqətlə bir-birimizin mövqeyinə qulaq asır, bir-birimizin iqtisadi inkişafına və ölkələrin hər birində baş verən siyasi proseslərə kömək etmək istəyirik. Ən əsası isə bunlar hamısı stabillik, xoşməramlı qonşuluq, qarşılıqlı hörmət əsnasında olmalıdır ki, mənim fikrimcə bu bizdə alınır. Yəni hər iki ölkə gələcəyə inamla baxır və bu günkü təqdimat da gələcəyin rahat, firavan, uğurlu olacağına yaxşı bir isbatdır”- deyə Karasin deyib.

Qeyd edək ki, ötən gün Rusiyanın paytaxtı Moskva şəhərində “Bakı 2015 Avropa oyunları”nın təqdimat mərasimi keçirilib. Moskvanın “Redisson Royal, Moskva” mehmanxanasının konqres- parkında baş tutan tədbirdə 450-dən çox qonaq iştrak edib.

Təqdimat mərasimi çərçivəsində qonaqlar eyni zamanda, ölkəmizin mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi ilə də tanış olublar.

Tədbirin sonunda qonaqlar üçün konsert proqramı təqdim edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600