!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya XİN: “Ümumrusiya Azərbaycan Konqresinin ləğvi siyasətlə heç bir əlaqəsi yoxdur”

!Reklam – Yazi

“Ümumrusiya Azərbaycan Konqresinin” (ÜAK) ləğvi barədə qərarın siyasətlə heç bir əlaqəsi yoxdur və bu, Moskva-Bakı münasibətlərinin inkişafına təsir etməməlidir”.

Yenicag.Az “Report”-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya deyib.

“Bu, iki ölkə arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmamalıdır”, – deyə o qeyd edib.

“Məsələlər hüquqi müstəvidədir, bu yöndən də baxılmalıdır. Qərar kiminsə siyasi iradəsi ilə əlaqəli deyil, bu, bizim hüquq-mühafizə orqanlarımızın sözügedən təşkilatın qeydiyyat prosedurunu pozması ilə bağlı qərarıdır. Mən tam əminəm ki, bu hadisə bizim Azərbaycanla ikitərəfli əlaqələrimizə təsir etməməlidir”, – deyə diplomat bildirib.

Yenicag.Az

COP29

www.yenicag.az

979
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv