!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya yenə də Donbası “şumlayır” – Pokrovsk döyüşləri və Trampın ƏKS-SƏDASI

!Reklam – Yazi

“Söhbət təkcə Ukrayna ərazisində Rusiya qüvvələrinin irəliləməsindən getmir. Eyni zamanda, məlumdur ki, son bir həftə ərzində Kursk istiqamətində – Ukraynanın Rusiya ərazisində həyata keçirdiyi əməliyyatların olduğu bölgələrdə – Rusiya Ukrayna qoşunlarını geri çəkilməyə məcbur edib. Bu müddətdə Ukrayna hərbçilərinin nəzarətində olan ərazilərin üçdə biri faktiki olaraq Rusiya tərəfindən geri alınıb”.

Bu sözləri Yenicag.az-a açıqlamasında analitik Rəşad Bayramov deyib.

Siyasi təhlilçi Rusiya ordusunun Donetsk vilayətində strateji əhəmiyyətli Pokrovsk şəhərini işğal etmək üçün son günlər başlatdığı hərbi əməliyyatlardan və Trampın sülhlə bağlı tezislərindən söz açıb.

R. Bayramova görə, bu proseslərin sürətlənməsinin əsas səbəblərindən biri Donald Trampın ABŞ-də yenidən hakimiyyətə gələ biləcəyi ehtimalına qarşı hazırlıq tədbirləri ilə bağlıdır:

“İlkin məlumatlara görə, Trampın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında müharibənin dayandırılması müzakirə mövzusu ola bilər. Bu halda, Rusiyanın təqdim etdiyi şərtlər və yeni ərazi reallıqları nəzərə alınaraq diplomatik razılaşmaların əldə edilməsi planlaşdırılır. Həmin dövrə qədər Rusiya daha çox ərazi əldə edərək danışıqlar masasına daha güclü mövqedən oturmağı hədəfləyir”.

Analitik əlavə edib ki, son bir həftədə Ukrayna tərəfi isə bu cür ssenarilərə qarşı açıq şəkildə mövqeyini ortaya qoyub:

“Bir neçə gün əvvəl prezident Volodimir Zelenski Trampı nəzərdə tutaraq, Ukrayna adından hər hansı bir üçüncü tərəfin Rusiya ilə danışıqlar aparmaq səlahiyyətinə malik olmadığını bəyan etdi. Bu bəyanatdan sonra Rusiya tərəfi Zelenskinin legitimliyini şübhə altına alaraq onunla danışıqlar aparılmasının mümkünsüzlüyünü iddia edib. Paralel olaraq, hərbi əməliyyatların intensivliyi artırılıb. Bu əməliyyatların isə iki əsas məqsədi olduğu isə bariz nümunədir. Bunlardan biri, Zelenskini Rusiyanın şərtləri əsasında sülh danışıqları masasına oturmağa məcbur etməkdirsə, digəri də yanvarın 20-dən sonra başlaya biləcək potensial danışıqlarda üstün mövqeyə sahib olmaq üçün strateji üstünlük əldə etməkdən ibarətdir”.

Rafi Müslümov

www.yenicag.az

535
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv