Rusiyada 18 yaşlı azərbaycanlı həmyerlisini bıçaqladı

Rusiyanın Sankt Peterburq şəhərinin Nevski rayonunda Azərbaycan vətəndaşı öz həmyerlisini bıçaqlayıb.

Yenicag.az xəbər verir ki, bıçaqlanan şəxs qarın nahiyyəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə təcili xəstəxanaya yerləşdirilib.

Aralarında yaranan mübahisəyə görə bıçaqlanan şəxsi 18 yaşlı həmyerlisinin bıçaqladığı məlum olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

COP29