Rusiyada ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var

media-hightechnic-468x90

Rusiyada sərnişin avtobusu aşıb.

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı azı 2 nəfər həlak olub, daha 32 nəfər xəsarət alıb.

Qeyd edilir ki, hadisə Xabarovskda, Lidoqa yaşayış məntəqəsindən 140 kilometr məsafədə baş verib. Avtobus yoldan çıxaraq küvetə (şose boyunca uzanan xəndək) aşıb. Qəza yerinə fövqəladə xidmətlərin əməkdaşları cəlb edilib.

TASS agentliyi isə bildirib ki, qəzaya sürücünün avtobusa idarəetməsi səbəb olub. Agentlik xəsarət alanların dəqiq sayını açıqlamayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa