Rusiyada azərbaycanlı diaspor nümayəndəsi həbs olundu

media-hightechnic-468x90

Rusiyanın Kuban şəhərindəki Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri, Tuapsedəki yükdaşıma terminalının və Krasnodardakı “Köhnə Bakı” restoranının sahibi Şahlar Novruzov həbs olunub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Novruzov 919 milyon rubl dəyərində daşınmaz əmlakı oğurlamağa cəhdlə bağlı cinayət işi üzrə təqsirləndirilir.

İstintaq hesab edir ki, cinayəti törətmək üçün cinayəti törədən şəxslər, o cümlədən Şahlar Novruzov Prikubanski Rayon Məhkəməsinə guya Azərbaycanda bağlanmış nikah şəhadətnaməsini təqdim ediblər.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayəti törədən şəxslərin, sərvətləri mənimsəmək üçün məhkəməyə təqdim etdiyi sənəd saxta olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05