Rusiyada azərbaycanlı saxlanılıb

media-hightechnic-468x90

15795Rusiyanın Perm şəhərində azərbaycanlı saxlanılıb.

Saxlanılan gənc, taksi sürücüsünü qətlə yetirməkdə ittiham edilir. “Kommersant” gəncin bu gün saxlanıldığını yazıb.

Azərbaycan vətəndaşı Vüsal Məmmədov 2013-cü ilin avqust ayından axtarışda olub.

Qeyd edək ki, qətl hadisəsi ötən il avqustun 13-də Pionerski küçəsində qeydə alınıb.
23 yaşlı azərbaycanlı ilə 38 yaşlı sürücü arasında münaqişə baş verib. Bundan sonra V.Məmmədov kişiyə 5 dəfə travmatik tapancadan atəş açıb.

Sürücü dərhal xəstəxanaya yerləşdirilib. Lakin bir necə gün sonra o ölüb. Şübhəli şəxsin yerini müəyyən etmək üçün sürücünün çalışdığı şirkət mükafat təyin edilmişdi. Mükafat fondu isə 100 min rubl olub.

Qeyd edək ki, şübhəli şəxs həmçinin 2011-ci iln payızında Permdə Rusiya Federasiyası Kommunist Partiyasının seçkiqabağı qərargah rəhbəri olan Vladislav Suxoruçenkova hücum işinin fiqurlarından biri olub. Belə ki, o zaman bir necə gənc dəyənəklərlə onu, mühafizəçisini və köməkçisini döymüşdü.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600