Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyada dəhşətli partlayışda ölənlərin sayı 32 nəfərə çatdı - YENİLƏNİB

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

Ölənlərin arasında 6 uşaq da var.

9 nəfərin axtarışı davam edir.

***

20:00

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb..

Daha 19 nəfərin axtarışları davam etdirilir.

***

18:00

Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

21 nəfərin taleyi isə məlum deyil.

Qeyd edək ki, evin dağıntıları altında 5 uşaq qalır./Report/

***

31/12/2018

22:10

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yevgeniy Ziniçev bildirib.

Məlumata əsasən, dağıntılar altında daha bir neçə insanın meyiti aşkar edilib.  Lakin dağıntılar arasında qalan meyitləri çıxarmaq mümkün olmayıb. Binanın aşma təhlükəsi var.

Nazir qeyd edib ki, xilasetmə işlərinin nə zaman bitəcəyi sual altındadır:

“Risklır çoxdur. Binanın çökməsi ehtimalı var deyə ehtiyyatlı olmağa məcburuq. Bu da ən azı 2 gün vaxt alacaq”.

***

15:40

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

Yenicag.az xəbər verir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyi partlayış nəticəsində binanın giriş hissəsinin uçduğunu və 2 nəfərin həlak olduğunu açıqlayıb.

Dağıntılar altından daha 10 nəfərin, o cümlədən bir azyaşlının çıxarıldığı bildirilib.

Əraziyə Rusiya Fövqəladə Hallar Nazirliyinin 26 texnikası və 350 canlı qüvvəsi cəlb olunub. Təcili tibbi yardım briqadaları fasiləsiz olaraq fəaliyyət göstərməyə davam edir.

Prezident Vladimir Putinin tapşırığı ilə fövqəladə hallar naziri Yevgeni Ziniçev dərhal hadisə yerinə gəlib.

www.yenicag.az

13168
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100