Rusiyada xarici abonentlərin SİM kartlarındakı məlumatlar yoxlanılacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. Bildirilir ki, 2025-ci ildə “Roskomnadzor” xarici abunəçilərin SİM kartlarındakı məlumatları yoxlayacaq.
Nəşr ekspertlərə və “Roskomnadzor” sənədlərinə istinadən xəbər verir ki, telefon fırıldaqçılarının fəal şəkildə istifadə etdiyi Rusiya məlumat bazalarında hələlik məlumatın olmaması səbəbindən yoxlama çətinləşib.
Ümumilikdə, nəzarət tədbirlərinə demək olar ki, 70 milyon rubl (təxm. 1 milyon 300 yüz min manat) xərclənəcək.
“Roskomnadzor strukturu SİM kartların idarə edilməsi sisteminin köməyi ilə 2025-ci ildə xarici abunəçilər haqqında məlumatların 85%-ni yoxlayacaq.
Ekspertlər qeyd edirlər ki, əcnəbilərə verilmiş SİM kartların təfərrüatlarının yoxlanılması ölkədə onlar haqqında məlumatın olmaması səbəbindən çətindir.
Rusiya məlumat bazaları fırıldaqçılar tərəfindən fəal şəkildə istifadə olunur”, – nəşr yazıb.
Bildirilir ki, rabitə operatorları abonentlər haqqında məlumatların SİM kartların vəziyyətinin monitorinqi sisteminə ötürülməyə başlayıb.
Xatırladaq ki, Rusiya Dövlət Duması miqrasiya siyasətinin və təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi məsələsini müzakirə edəcək.
Qanunvericilər Rusiyada qalma müddəti başa çatmış əcnəbiləri dərhal deportasiya etməyi təklif edirlər.
Dünən Rusiya prezidenti Vladimir Putin də etiraf edib ki, miqrasiya sahəsində ciddi nəzarət yaratmaq lazımdır.
Bu mövqenin Moskvada Tacikistan və Qırğızıstan vətəndaşlarının törətdiyi terror aktı ilə bağlı olduğu iddia edilir.
Xuraman Etibarlı
www.yenicag.az