!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada qəzet redaksiyasına hücum - 4 nəfər bıçaqlandı

!Reklam – Yazi

Stavropol diyarında “Rodina” qəzetinin redaksiyası hücuma məruz qalıb.

Yenicag.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, naməlum şəxs qəzetin redaksiyasının yerləşdiyi Rusiya Kommunist Partiyası diyar komitəsinin binasında 4 nəfəri bıçaqla yaralayıb. Bu barədə diyarın qubernatoru özünün “Instagram” səhifəsində məlumat yayıb.

“Bıçaqla silahlanmış şəxs “Rodina” qəzeti redaksiyasının əməkdaşlarına hücum edib, dörd nəfər yaralanıb. Bu, cinayət işidir. Hazırda hücum edən şəxs tutulub, polis lazım gələn bütün tədbirləri görür”, – qubernator belə yazıb.

Daxili İşlər Nazirliyi hücum edən şəxsin saxlanıldığı barədə məlumatı təsdiqləyib və insidentlə bağlı təhqiqatdan öncəki yoxlamalara başlandığını bildirib. DİN-in Stavropol üzrə Baş idarəsinin mətbuat xidmətinin məlumatına görə, hücum edən şəxs polis bölməsinə aparılıb. İnsidentlə bağlı operativ-təhqiqat qrupu fəaliyyət göstərir. ”, – deyə

Xəsarət alanlar arasında nəşrin baş redaktoru Nikolay Fedoseeviç Bondarenko da var. Yaralananların həyatı üçün təhlükə olmadığı bildirilir.

COP29

www.yenicag.az

913
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv