Rusiyadakı etiraz aksiyalarında həbs olunanların sayı 1000 nəfəri ötdü-FOTO

media-hightechnic-468x90

Rusiyada korrupsiya əleyhinə mitinqdə saxlanılanların sayı 1030 nəfərə çatıb.

Onlar 51 müxtəlif polis bölməsinə aparılıblar. Bütün saxlanılanlar “kütləvi tədbirin iştirakçıları tərəfindən yığıncağın keçirilməsi üçün müəyyən edilmiş qaydaların pozulması” maddəsiylə rəsmiləşdiriliblər. Bu maddə ilə maksimal cəza 20 min rubl (təxminən 600 AZN) məbləğində cərimədir.

Reuters agentliyinin verdiyi məlumata görə, ABŞ Dövlət Departamenti korrupsiya əleyhinə aksiya iştirakçılarının saxlanılmasını pisləyib.

Xatırladaq ki, korrupsiya əleyhinə aksiya martın 26-da Rusiyanın bir neçə şəhərində keçirilib. Mitinq Korrupsiya ilə mübarizə fondunun ölkənin Baş naziri Dmitri Medvedevlə bağlı məqalə dərc etməsindən sonra təşkil edilib.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600