!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın ABŞ-a “diş”siz cavabı: “Tramp sanksiyaları təsdiqləməsə...”

!Reklam – Yazi

ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək addımına Moskvanın qarşılıq vermək imkanında olmadığı bildirilir.

Yenicag.Az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin “Rossiya” telekanalının aparıcısı Vladimir Solovyova müsahibə verərkən yaxın müddətdə ölkəsinin ABŞ-la münasibətlərində normallaşmanın gözlənilmədiyini deyib.

Putin çox sayda ABŞ diplomatının ölkədən çıxarılması qərarını belə izah edib ki, bu addımla hər iki ölkənin diplomatik missiyasına daxil olan şəxslərin sayı bərabərləşəcək: 455 nəfər.

Daha sonra ABŞ-la münasibətlərin perspektivinə toxunan Rusiya prezidenti yaxın dövrdə ikitərəfli əlaqələrdə normalaşma gözlənilmədiyini vurğulayır:

“Biz bəlkə yaxşılığa doğru nəsə dəyişiklik baş verər deyə, kifayət qədər gözlədik. Vəziyyətin hər hansısa bir formada dəyişəcəyinə ümidvardıq. Ancaq belə görünür ki, münasibətlərin dəyişməsi yaxın müddətdə baş verməyəcək”.

Rusiya prezidenti əlavə edib ki, Moskva ABŞ-ın tətbiq etdiyi sanksiyalara qarşılıq verərək, adekvat addımlar atacaq.

Dünyanın bu iki superdövləti arasındakı münasibətlərin mümkün inkişafını Yenicag.az-a şərh edən politoloq Elxan Şahinoğlunun fikrincə, Rusiyanın ABŞ-la rəqabətdə heç bir şansı yoxdur:

“Əslində, Rusiyanın ABŞ-ın sanksiyalarına eyni səviyyədə cavab vermək imkanı yoxdur. Hətta deyə bilərik ki, Rusiya öz imkanlarının məhdudluğunu nəzərə alaraq, ümumiyyətlə, bu sanksiyalara qarşılıq vermək istəmirdi.

Putin hesab edirdi ki, Trampın prezident seçilməsindən sonra hələ Obamanın vaxtında tətbiq olunan sanksiyalar aradan qaldırılacaq. Ona görə də Rusiya əvvəllər hər hansı kəskin cavab haqqında düşünməməyə çalışırdı.

Ancaq Trampın seçilməsindən sonra da məlum oldu ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları nəinki qüvvədə qalacaq, hətta daha da sərtləşdiriləcək. Yəni bəlkə də Tramp o sanksiyaları ləğv etmək istəyərdi. Lakin bildiyiniz kimi, ABŞ-ın idarəetmə sistemi tək prezidentdən və onun iradəsindən asılı deyil.

ABŞ Rusiyanın Gürcüstan ərazilərini işğal etməsindən sonra buna nisbətən təmkinlə yanaşsa da, Krımın işğalına görə Rusiyanı bağışlamaq niyyətində deyil. Görünən budur ki, Krım işğaldan azad edilməyənə qədər ABŞ-Rusiya münasibətlərindəki gərginlik azalmayacaq.

İndi hər kəsi Trampın Rusiya əleyhinə yeni sanksiyaları imzalayıb-imzalamayacağı düşündürür. Əminliklə demək olar ki, Tramp yeni sanksiyalar zərfini təsdiqləyəcək. Əgər təsdiqləməsə, onun özü ciddi problemlə üzləşə bilər.
Rusiyanın isə bu sanksiyalara qarşı edə biləcəyi bir şey yoxdur. Bu baxımdan, Putin də ABŞ-la münasibətlərin yaxın dövrdə normallaşmayacağını bilir və bunu gizlətmir”.

A.Zeynalov
Yenicag.Az

COP29

www.yenicag.az

984
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv