!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyanın Cənubi Qafqazda sıxışdırılmasının səbəbi məhz bununla bağlıdır” - ŞƏRH

!Reklam – Yazi

“Bu gün Rusiya müəyyən əraziləri işğal etsə də, müharibəni uduzmuş vəziyyətdədir. Cənubi Qafqazda da sıxışdırılmasının da kökü məhz Ukrayna məğlubiyyətidir”.

Bunu Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılıq olaraq Rusiyada yaxın perspektivdə baş verəcək hadisələrdən danışan politoloq Rəfail Becanov Yenciag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiya Ukrayna müharibəsi ilə özünü dünyadan təcrid etməklə yanaşı beynəlxalq aləmdə hərbi və siyasi nüfuzunu da itirib:

“Tərəfdaşları belə Rusiyadan üz döndərir. Çin BMT-də onu təcavüzkar dövlət kimi tanıyır, Cənubi Afrika Respublikası Rusiya prezidentinə ölkəsinə – beynəlxalq tədbirə gələcəyi təqdirdə həbs etməkdən başqa çıxış yolu olmadıqlarını deyir. Bütün bunlar Rusiyanın real durumunu göstərən faktlardır.

Ümumiyyətlə, Rusiyanın müharibə hesabı səhv idi. Ukraynanı 5 günə işğal edəcəklərini, daha sonra isə sovetlərin bir az fərqli formada bərpası prosesinə başlayacaqlarını düşünürdülər. Buna nail olmaq isə ordunun gücü ilə bağlı məsələ idi. Rusiyada və dünyada ordu mifləşdirilmişdi. Müharibə isə sübut etdi ki, Rusiya ordusu deyilən qədər güclü deyil. Korrupsiya və intizamsızlıq Rusiya ordusunda o qədər dərin kök salıb ki, onu uzun illər düzəltmək mümkün deyil.

Rusiyadan fərqli olaraq isə Qərb hesabı düzgün aparmışdı. Yəni kəşfiyyat məlumatları dəqiq idi. Ona görə də Ukraynanın işğalına imkan vermədi. Qərb bir müddət dirəniş göstərilsə Rusiya ordusunun zəifləyəcəyini və real gücünün ortaya çıxacağını bilirdi. Elə də oldu. Əsl reallığı görən Qərb Ukraynaya daha çox dəstək verməyə başladı. Rusiya müharibədə gözləmədiyi yox, heç düşünmədiyi situasiya ilə qarşılaşdı.
Bu gün Rusiya müəyyən əraziləri işğal etsə də, müharibəni uduzmuş vəziyyətdədir. Cənubi Qafqazda  sıxışdırılmasının da kökü məhz Ukrayna məğlubiyyətidir. Bir anlıq Ukraynada qalib gələn Rusiyanın indi bizimlə, Gürcüstanla, Qərbin özü ilə hansı dildə və tonda danışdığını təsəvvür edək. Ermənistan üçün fərqi yoxdur. O hər zaman Rusiyadan asılı olub.

Rusiya Ukraynada qalib gəlsəydi, nəinki Cənubi Qafqaza, yenidən Şərqi Avropaya da iddia edəcəkdi.

Rusiya hazırda ötən əsrin 90-cı illərindən sonrakı ən zəif dövrünü yaşayır. Rusiya Ukrayna ilə sərhəd ərazilərini belə tam nəzarətdə saxlaya bilmir. Bir müddətdən sonra hərbi qarşıdurma Rusiyanın daxilinə də keçə bilər. Bu isə Rusiyada SSRİ-nin dağılmasını şərtləndirən oxşar yeni bir demokratik hərəkatın başlanğıcı deməkdir”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

325
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv