Rusiyanın hərbi doktrinası: Ən böyük təhdid NATO

media-hightechnic-468x90

putin-640x360Rusiya dövlət başçısı Vladimir Putinin  imzaladığı hərbi doktrinada xaricdən gələn başlıca təhlükənin NATO qüvvələrinin genişlənməsi, daxili təhlükənin isə sosial və siyasi qeyri-sabitlik olduğu göstərilir.

Yenicag.az saytının Türkiyə mediasına istinadən verdiyi məlumata əsasən, doktrinada Ukraynadakı hərbi toqquşmalar, Əfqanıstan  və Yaxın Şərqdəki proseslər Rusiyaya qarşı yeni hədələr olması kimi izah edilir. Həmçinin rəsmi Kiyevin NATO üzvlüyünə doğru addım atması da  federasiyaya təhlükə olaraq dəyərləndirilib.

Rusiyanın Müdafiə Qərargahında aparılan danışıqlarda “bəzi öndə gələn dövlətlərin öz mənafeləri naminə hərəkətə keçdiyi vurğulanıb”

Həmçinin qeyd edilib ki, güclü dövlətlərin Rusiyada apardığı gizli siyasət nəticəsində rus gəncləri arasında vətənpərvərlik ənənlərinin zəiflədilməsi kimi halları müşahidə olunur. Terror hədəsinin də gündəmdə olduğu vurğulanıb.

Doktrinada: “ Rusiya Federasiyasının konstitusiyasının zor gücünə dəyişmək, ölkədə siyasi və sosial qeyri-sabitlik, həmçinin dövlət qurumlarının iş fəaliyyətində  nizamsızlıq təşkil etmək, Rusiyanın ərazi birliyini pozmaq və dövlətin bötövlüyünü zəiflətmək, terror hədələri” kimi məsələlər doktrinanın başlıca prinsipini müəyyən edir.

Xatırladaq ki, Rusiya nüvə gücünə və dünyanın ən böyük ordusuna sahibdir.  Rusiyanın canlı hərbi  qüvvəsi 766 min olduğu halda, ABŞ-da 370 mindir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600