Rusiyanın iki hərbi gəmisi Bakıya gəlir

media-hightechnic-468x90

222cec7329565ff990d1af6eb2abe81dRusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Flotiliyasının iki hərbi gəmisi Xəzəryanı ölkələrin limanlarına səfərə çıxıb.

Flotiliyanın «Dağıstan» gözətçi gəmisi və «Qrad Sviyajsk» kiçik raket gəmisi bu gün səfər proqramına uyğun olaraq Mahaçqala limanından dənizə çıxıb.

İyirmi günlük səfər dostluq əlaqələrini gücləndirmək və tanışlıq məqsədi daşıyır. Rus gəmiləri Azərbaycan, İran və Qazaxıstan limanlarını ziyarət edəcək və Qazaxıstan Hərbi Dəniz Qüvvələri ilə birgə təlim keçirəcəklər.

Qeyd edək ki, Rusiya hərbi gəmiləri ötən il Bakıya, Azərbaycan HDQ-nin gəmiləri isə Həştərxana dostluq səfəri edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600