Rusiyanın İsveçdəki səfirliyinə 11 dəfə HÜCUM EDİLDİ
2024-cü ilin may ayından başlayaraq İsveçdə Rusiya səfirliyinə dronlarla rəngli maddə atılması ilə bağlı 11 hücum qeydə alınıb.
Yenicag.az xəbər verib ki, bu barədə “RİA Novosti” agentliyinə Rusiya diplomatik nümayəndəliyindən məlumat verilib.
Diplomatik missiyadan bildirilib ki, bu hücumlar zamanı səfirliyin ərazisinə rəngli maddə atılıb və maddi ziyan dəyib. Bir neçə hadisədə isə diplomatik missiyanın avtomobilləri zərər görüb.
Xatırladaq ki, mayın 25-də İsveçdə Rusiya səfirliyinə drondan rəngli maddə atılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, səfirliyə edilən hücumla bağlı Moskva Stokholm hakimiyyətlərinə etiraz notası göndərəcək.