Rusiyanın miqrantlara bağlı yeni addımı soydaşlarımıza nə vəd edir?

media-hightechnic-468x90

скачанные файлы (2)Azər Allahverənov: “Miqrantlarla bağlı yeni qaydaların tətbiqi…”

Yanvarın 1-dən başlayaraq Rusiya əmək müqrantları üçün qoyduğu kvotadan da imtina edəcək. Əvəzində Rusiyaya işləməyə gələn miqrantlar 1 illiyə icazə patenti almalı olacaqlar. Bundan başqa hər il 4 min rubl həcmində pul adöməlidirlər. Habelə tibbi arayış təqdim olunmalı, rus dili, rus tarixi və qanunlardan imtahan verməlidir. Rəsmi məlumatlarda Rusiyada 600 mindən bir qədər çox miqrant yaşayır. Görəsən, miqrantlarla bağlı Rusiyanın yeni addımı oradakı soydaşlarımıza nə vəd edir?

 

Yenicag.az saytına açıqlamasında ekspert Azər Allahverənovun bildirdi ki, miqrantlarla bağlı Rusiyada yeni qaydaların tətbiqi qanuni əsaslarla əmək fəaliyyətilə məşğul olan soydaşlarımızın sayının artmasına gətirib çıxaracaq: “Miqrantlarla bağlı Rusiyada yeni qaydaların tətbiq olunması azərbaycanlı soydaşlarımızın işlərini itirməsi və geri qayıtmalarına səbəb olan bir hal deyil. Məsələ ondadır ki, vaxtilə əmək kvotası instrumenti tətbiq olunanda da Azərbaycanlı miqrantlar müəyyəın sahələrdə çalışmaq hüququndan məhrum olmuşdular. Çünki, miqrantlar ancaq kvota çərçivəsində bu və ya digər sahəyə işə cəlb olunurdular. İndi isə əmək kvotası götürülüb, yerinə yeni qaydalar tətbiq edilir. Yeni qaydalar isə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olanlar üçün mühüm əhəmiyyət kəsb edir. Rusiyada qanuni əsaslarla əmək fəaliyyətilə məşğul olan soydaşlarımızın sayı hardasa 140-160 min arasında il ərzində dəyişir. Əmək kvotasının götürülməsi miqrantlar üçün müxtəlif sahələrdə çalışmaq imkanına səbəb olacaq haldır. Bu gün 140-160 min azərbaycanlı miqrant əmək kvotası əsasında əməklə məşğul olurdusa, kvotanın götürülməsi ilə orada qanuni əsaslarla əmək fəaliyyətilə işləyən miqrantların sayı artacaq. Əmək patenti də faktiki olaraq, əmək kvotasını əvəz edən bir instrumentdir. Amma kvota hansısa məhdudiyyətlər qoyurdusa, əmək patenti isə bütövlükdə bütün Rusiya ərazisində əmək fəaliyyətilə məşğul olmağa icazənin verilməsi deməkdir. Digər tərəfdən tibbi sığorta məsələsi də gündəmdədir. Yəni əmək fəaliyyətilə məşğul olan insan əmək müqaviləsi bağlamadan öncə tibbi sığorta şəhadətnaməsini təqdim etməlidir. Yalnız bundan sonra ona patentin verilməsi və əmək müqaviləsinin başlanması prosesi başlayır. İnsan uzun müddət əmək fəaliyyətilə məşğul olur. Odur ki, fikrimcə, qanuni və hətta qeyri-qanuni əsaslarla çalışan azərbaycanlı miqrantlar üçün də həmin qaydalara uyğun olaraq əmək müqavilələrini rəsmiləşdirmək, qeyri-qanuni əsasda işləyənlərin isə leqallaşması istiqamətində imkanlar yaranır. Bu müəyyən mənada qanuni əsaslarla məşğul olan Azərbaycan insanlarının sayının artmasına gətirib çıxaracaq. Amma burada müəyyən bürokratik əngəllər və subyektiv yanaşmaları da görmək olar. Yanvarın 1-dən mexanizm işə salınandan sonra, onun işində müəyyən çatışmamazlıqlar olacaq ki, onlar da özünü göstərə bilər. Həmin çatışmamazlıqlar da daha çox subyektiv amillərlə bağlı olacaq. Rusiya hökuməti bu kimi subyektiv amillərin qarşısını ala bilsə, əmək fəaliyyəti ilə məşğul olan miqrantların sayı bütövlükdə artacaq”.

 

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600