!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Qarabağ planı puç ola bilər - Rusiyalı politoloq

!Reklam – Yazi

Tanınmış jurnalist, müstəqil politoloq Orxan Camal Yeniçağ.ru-ya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini şərh edib:

– Hazırda KİV-lərdə ən çox müzakirə olunan məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin “Lavrov planı” üzrə həllidir. Bu plan Azərbaycan və Türkiyə tərəfindən blokadanın götürülməsi və Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü müqabilində işğal altında olan 5 rayonun Azərbaycana geri qaytarılmasını nəzərdə tutur. Necə düşünürsünüz, sözügedən həll üsulu nə qədər realdır?

– Açığı, mənə görə bu plan maraqlıdır. Lakin bütün bu proseslərə görə öhdəlik götürəcək ölkəyə dair sullar meydana çıxır. Çünki Rusiya özü-özlüyündə sözügedən prosesin zəmanətçisi kimi çıxış edir. Bu, Rusiya üçün də vacib geostrateji məsələdir. Rusiya isə dəfələrlə geostrateji maraqları naminə tərəfdaşlarının üzərindən asanlıqla xətt çəkə bildiyini nümayiş etdirib.

Beləliklə, Rusiya tamamilə başqa şərtlərlə vədinə əməl edə bilər. Məsələn, qaçqınların köçürülməsi məsələsində məhdudiyyət yarana bilər, yaxud 5 deyil, daha az rayon geri qayıda bilər və ya yerdə qalan 2 rayon geri qaytarılmır. Rusiyanın öz daxilində hakimiyyət dəyişikliyi olarsa yeni gələn rəhbər bütün bunları dəstəkləməyə bilər. Digər tərəfdən bu proseslərin Ermənistanda necə qarşılanacağı da bir sıra suallar doğurur. Axı Ermənistanda bu məsələyə olduqca prinsipial yanaşırlar.

Özü-özlüyündə sözügedən proses maraqlıdır. Lakin başa düşmək lazımdır ki, dünya inkişaf trendi mütəmadi olaraq dəyişir.

Nicat Hacıyev
Yeniçağ.ru

COP29

www.yenicag.az

977
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv