Rusiyanın strateji YANLIŞI: “Blits-kriq baş tutmadı” – Generalın ANALİZİ

media-hightechnic-468x90

“Müdafiə əməliyyatında növbəti vəzifəmiz bütün cəbhə boyu düşmənin hücumunu dayandırmaqdır”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukraynaya hərbi təcavüzünü davam etdirən Rusiyanın strateji səhvlərinə toxunan Ukrayna Baş Qərargah rəisinin sabiq müavini, general-leytenant İqor Romanenko deyib.

Generalın sözlərinə görə, Rusiyanın Ukraynanı bir həftə ərzində işğal etməyə hesablanmış “blits-kriq” planı baş tutmadı.

Romanenko bildirib ki, bu çərçivədə Putinin ən böyük yanlışı logistika məsələlərini nəzərə almaması olub. O, Qərb ölkələri kəşfiyyatının Rusiyanın hücum potensialını itirməsinə dair məlumatlarının doğru olduğunu düşünür:

“Ancaq sevinmək hələ tezdir. Müdafiə əməliyyatında növbəti vəzifəmiz bütün cəbhə boyu düşmənin hücumunu dayandırmaqdır. Bu çox vacibdir. Əgər düşməni bütün cəbhə boyunca müafiəyə çəkilməyə məcbur etsək, o zaman bu mərhələnin yekunlaşdığını söyləyə bilərik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600