Rusiyanın təcavüzünün DÖRDÜNCÜ İLİ: "Tramp müharibəni tez bitirə biləcəyini desə də..."

media-hightechnic-468x90

“Mövcud şəraitdə yaxın vaxtda tam və davamlı sülhün əldə olunması çətin görünür”.

media-banner_tuq

Bunu Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü ilə bağlı danışan politoloq Əlabbas Məhərrəmli Yenicag.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, Ukrayna ilə Rusiya arasında müharibə hələ də davam edir və onu dayandırmaq asan görünmür:

“Müharibənin bitməsi üçün böyük dövlətlər və beynəlxalq qurumlar təşəbbüs göstərə bilər. Məsələn, BMT sülh danışıqları təşkil edə, Avropa İttifaqı və ABŞ Ukraynaya verdikləri dəstək vasitəsilə prosesə təsir edə bilərlər. Türkiyə əvvəl vasitəçilik etdiyi kimi yenidən rol ala bilər. Çin də sülh planı təklif edib.

Lakin əsas məsələ tərəflərin mövqeyidir: Ukrayna itirdiyi ərazilərdən imtina etmək istəmir, Rusiya isə nəzarətə götürdüyü torpaqları qaytarmaq niyyətində deyil. Buna görə müharibə uzanır. Adətən, müharibələr tərəflərdən biri ciddi zəiflədikdə və ya hər iki tərəf davam etməyin mənasız olduğunu qəbul etdikdə başa çatır. Hazırda belə bir vəziyyət yoxdur”.

Onun sözlərinə görə, Donald Tramp müharibəni tez bitirə biləcəyini desə də, bu hələ reallaşmayıb:

“Beynəlxalq münaqişələr bir şəxsin qərarı ilə həll olunmur, qərarlar kollektiv şəkildə və müxtəlif siyasi maraqlar çərçivəsində qəbul edilir.

Müharibənin nə qədər davam edəcəyi qeyri-müəyyəndir: aylarla da, illərlə də uzana bilər. Yaxın zamanda ciddi danışıqlar başlanmasa, ya uzunmüddətli müharibə davam edəcək, ya da atəşkəs əldə olunaraq münaqişə dondurulmuş vəziyyətdə qalacaq. Mövcud şəraitdə yaxın vaxtda tam və davamlı sülhün əldə olunması çətin görünür”.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05