Rusiyanın Xarkova hücumu nəticəsində 3 nəfər həlak olub - YENİLƏNDİ
Yenicag.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov məlumat verib.
“Hücum nəticəsində 3 nəfər həlak olub, 20 nəfər xəsarət alıb, onlardan ikisi uşaqdır”, – o, teleqram kanalında yazıb.
***
Rusiyanın Ukraynanın Xarkov vilayətində yerləşən Barvinkovo şəhərinə endirdiyi silsilə PUA zərbələri nəticəsində 13 nəfər xəsarət alıb.
Yenicag.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib.
“Zərbələrdən biri ikimərtəbəli mağaza binasına dəyib, 1500 kv. m-dən çox sahədə yanğın baş verib. Həmçinin çoxmərtəbəli yaşayış binaları, qarajlar və avtomobillər zədələnib”, – xilasedicilər qeyd ediblər.
Dövlət Xidmətindən bildiriblər ki, hücumun nəticələrinin aradan qaldırılması üzrə işlər başa çatıb. Xilasedicilər hücumların təkrarlanması təhlükəsi altında işləyiblər./Report/













