Rusiyanın yeni hücum dalğası: PUA, qanadlı raket və bombardmançı təyyarələr

media-hightechnic-468x90

Rusiya ordusu bu gün kamikadze pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərlə Ukraynanın kritik əhəmiyyətli şəhər və obyektlərinə hücumlar təşkil edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyi açıqlayıb.

Ukraynanın kritik əhəmiyyətli şəhər və obyektlərinin hücuma məruz qaldığı bildirilən açıqlamada deyilir: “Azov dənizinin şərq sahilindən 7 ədəd “Şahed-136/131” kamikadze PUA və Qara dənizdəki Rusiya gəmisindən 6 ədəd “Kalibr” qanadlı raketi ilə hücum təşkil olunub”.

Nazrlikdən bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələrinin öz gücü və vasitələri ilə 5 raket və 5 kamikadze PUA-nı məhv edib.

Rusiya qüvvələri Belqorod və Tokmak şəhərlərindən S-300 zenit-raket kompleksləri ilə Ukraynanın kritik əhəmiyyətli şəhər və obyektlərinə ağır zərbələr endirib.

Rusiya ordusu Xarkov və Zaporojye vilayətlərinə hava hücumundan müdafiə sistemi tərəfindən havada məhv edilə bilməyən 35-ə yaxın zenit-idarə olunan raket atıb.

Nazirliyin açıqlamasında qeyd edilib ki, yerli vaxtla saat 08:30-da Tu-95MS strateji bombardmançı təyyarələrlə qanadlı raketlərlə Ukraynaya zərbələr endirilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05