Avropa İttifaqına üzv ölkələrin liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılmasına dair qərar qəbul ediblər.
Yenicag.az xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Donald Tusk “Twitter” hesabında məlumat verib: “Aİ yekdilliklə Rusiyaya qarşı sanksiyaların uzadılmasını dəstəkləyir”.
Qərar Aİ Şurası tərəfindən gələn həftə təsdiqlənəcək. Ukraynadakı münaqişə fonunda 2014-cü ildə Rusiyaya qarşı tətbiq edilən və daha sonra genişləndirilən sanksiyalar heç bir dəyişiklik edilmədən yarım il müddətinə uzadılacaq.
Qeyd edək ki, sanksiyaların müddəti 2018-ci yanvarın sonunda başa çatacaqdı.