Ruslar mühasirəyə düşdü

media-hightechnic-468x90

51729Ermənistanın Gümrü şəhərindəki Rusiya bazası mühasirəyə hazırlaşır.

Yenicag.az xəbər verir ki, hərbi bazanın mətbuat xidmətindən yayılmış rəsmi məlumatı şərh edən erməni mətbuatı bu qərara gəlib. Məlumata görə, hərbi bazada çörəkbişirənlər bölməsi formalaşdırılır və onlar gün ərzində 1,5 ton çörək bişirməlidir ki, Ermənistandakı Rusiya poliqonlarında təlim keçən 2 min hərbi qulluqçunu təmin edə bilsin.

“Belə görünür ki, Rusiyanın Ermənistandakı hərbi bazası dağlarda dərin müdafiəyə hazırlaşır və bunun üçün çörəkbişirənlər hazırlayır”, – deyə Ermənimstanın “Lragir” portalı bildirir.

Portalın yazdığına görə, Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvü həlak olduqdan sonra şəhərdən Rusiya hərbi bazasının çıxarılması məsələsi aktuallaşıb. Ermənilər yanvarın 15-də baş vermiş cinayətin Rusiya hərbi qulluqçusu Valeri Permyakov tərəfindən törədildiyini düşünürlər. Hadisə Gümrüdə və İrəvanda Rusiyaya qarşı etiraz aksiyalarının keçirilməsinə səbəb olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600