Oktyabrın 23-də Bakıda Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Qazaxıstanın Respublika Günü münasibətilə təşkil olunan qəbul çərçivəsində “Qazaxıstan azərbaycanlı fotoqrafın obyektivində” adlı sərgi keçirilib.
Yenicag.az xəbər verir ki, sərgidə azərbaycanlı jurnalist, fotoqraf və səyyah, “Yeni Çağ” Media Qrupunun rus redaksiyasının redaktoru Rüstəm Qasımovun Qazaxıstanın müxtəlif bölgələrində olarkən çəkdiyi fotolar yer alıb.
Sərgidə həmçinin Astanada cari ilin sentyabrında təşkil olunan V Ümumdünya Köçəri Oyunlarını özündə əks etdirən şəkillər də yer alıb.
Tədbirdə Azərbaycanın dövlət orqanlarının, parlamentinin, işgüzar və mədəniyyət dairələrinin nümayəndələri, diplomatik missiyaların, beynəlxalq təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
www.yenicag.az