!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rüşvət və korrupsiyaya görə ölüm cəzası tətbiq edilməlidir" – Keçmiş dövlət müşaviri

!Reklam – Yazi

“Rayonlara təyin olunan icra başçıları haqqında ictimai rəy dərindən öyrənilməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi son məmur həbslərinə münasibət bildirən keçmiş dövlət müşaviri Qabil Hüseyinli deyib.

Onun sözlərinə görə, həmin əməliyyatların Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yox, DTX-ya həvalə olunması rüşvət və korrupsiyanın ölkənin təhlükəsizliyini necə təhdid etməsinin göstəricisidir:

“Məncə, bu, məsələnin həllinə ən düzgün yanaşmadır. Çünki DTX ən məlumatlı, ölkənin təhlükəsizliyini təhdid edən bütün məqamları bilən bir qurumdur və rüşvətxot məmurlara qarşı açıq mübarizə apara bilər.

Çox da dərin siyasi bilgilərə malik olmayan insanlar da bilir ki, icra başçıları yerlərdə məmur özbaşınalıqlarına ton verən, qanunsuzluğa şərait yaradan, əhaliyə qan udduran bir zümrəyə çevirilib.

Kim nə deyirsə, desin, kim hansı medalları alırsa, alsın, rayon icra hakimiyyəti orqanları onların üzərinə qoyulan vəzifələrin öhdəsindən layiqincə gələ bilmirlər. Müharibə vəziyyətində olan ölkədə belə biabırçılığın olması heç cür həzm edilə bilməz.

Belə görünür ki, artıq ortada ciddi siyasi iradə var. Bu siyasi iradə ölkədə baş verən o cür məmur özbaşınalığının axırına çıxmağa yönəlib və prosesə strart verilib. Bu proseslərin axıra qədər gedəcəyinə böyük inam var.

Zənnimcə, ölkə bu gün öz inkişaf səviyyəsinə, inkişaf potensialına görə dünyanın ilk 50 ölkəsinin sırasına daxil olaraq, 45-ci yeri tutursa, rüşvət və korrupsiyanın miqyasına görə isə çox xoşagəlməz göstəricisi varsa, bu diametral əskiklik aradan qaldırılmalıdır.

Rüşvət və korrupsiyanın kökü kəsilsə, ölkə daha da inkişaf edər, daha yüksək standartlara yetişər. Ölkənin siyasi rəhbərliyi, ölkə prezidenti və birinci vitse-prezident bu istiqamətlərdə birgə düşünürərək, birgə addımlar atırlar ki, bu da artıq öz bəhrəsini verməyə başlayıb”.

Keçmiş dövlət müşavirinin fikrincə, ölkədə inzibati-ərazi dəyişliklərinin həyata keçirilməsinə, rayonların azsaylı vilayətlərdə birləşdirilməsinə xüsusi ehtiyac yoxdur:

“Vilayətlərin yaradılmasına xüsusi zərurıt olduğunu düşünmürəm. Düzdür, ölkəmiz kiçikdir, ancaq ifrat eksprimentlərə getməyin tərəfdarı deyiləm. Hesab edirəm ki, bürokratik məmur aparatı xeyli sadələşdirilməlidir. Böyük bir rayonda olan bütün strukturların eynilə kiçik bir rayonda da tətbiqinə ehtiyac yoxdur.

Digər tərəfdən, rayonlara təyin olunan icra başçıları haqqında ictimai rəy dərindən öyrənilməlidir. Məsələn, Ağstafanın icra başçısının birinci müavini Tatarov necə ola bilər ki, 20 ildən çoxdur, birinci müavin vəzifəsindədir və hər gələn icra başçısı ilə dil tapır, onun rüşvət mexanizminin işlədilməsində detonator rolunu oynayır?

Buna görə də, mübarizə səngiməməlidir və daha geniş miqyası əhatə etməlidir. Neqativ halların üzərinə əzmlə gedilməlidir”.

Qabil Hüseynli rüşvət və korrupsiyaya görə cəzaların xeyli sərtləşdirilməsinin tərəfdarıdır:

“Lazım gələrsə, hətta rüşvət və korrupsiyaya görə ölüm cəzası tətbiq edilməlidir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

996
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv