Rütte Rusiyanı Avro-Atlantik təhlükəsizliyi üçün əsas təhdid adlandırdı
NATO-nun Baş katibi Mark Rütte Rusiyanın Avro-Atlantik təhlükəsizliyi üçün hələ də ən açıq təhdid olaraq qaldığını bildirib.
Yenicag.az xəbər verir ki, Rütte Rusiyanın NATO üzvü olan dövlətlərin təhlükəsizliyini zəiflətməyə yönəlmiş fəaliyyətlərini davam etdirdiyini və bu cəhdlərin getdikcə artdığını iddia edib.
Baş katib qeyd edib ki, hazırda alyans ölkələri üçün əsas məsələ artıq üzərlərinə götürdükləri öhdəliklərin nə dərəcədə sürətlə həyata keçiriləcəyidir.













