Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Saakaşvili Ukraynaya buraxılmadı!

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Polşa – Ukrayna sərhədini qatarla keçmək cəhdi baş tutmayıb.

Yenicag.az xarici mediaya istinadla xəbər verir ki, o, Krakoveç sərhəd-keçid məntəqəsindən Ukraynaya keçməyə ümid edirdi. Hətta onu qarşılamaq üçün buraya çoxlu sayda tərəfdarları da toplanıb. Lakin Ukrayna sərhədçiləri bunun qarşısını almaq üçün ümumiyyətlə həmin sərhəd-keçid məntəqəsində gediş-gəlişi dayandırıblar. Saakaşvili isə gəldiyi qatardan düşürdülüb. Bu cəhdində ona “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko da dəstək göstərib. Lakin onun bu dəstəyi də fayda verməyib. Saakaşvili isə Ukraynaya yenidən qayıtmağa cəhd edəcəyini bəyan edib.

Qeyd edək ki, M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərar M. Saakaşvilinin Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılmağa çalışılıb. Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb.

Saakaşvilinin Ukraynaya buraxılmaması tərəfdarları tərəfindən sakit qarşılanmayıb. “Krakoveç” sərhəd-keçid məntəqəsinə toplaşanlardan 100-dən çoxu Ukrayna polisi tərəfindən saxlanılıb. Polis onların üzərindən qaz balonları, həyəcan siqnalı üçün nəzərdə tutulan tapança, metal predmetlər aşkarlandığını açıqlayıb. Saxlanılanlar arasında tələbələr, eləcə də 3 yetkinlik yaşına çatmayan şəxs də var.

www.yenicag.az

2746
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM