Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmağa hazır olduğunu açıqlayıb.
Yenicag.az xəbər verir ki, o, bu barədə “NewsOne” telekanalına müsahibəsində məlumat verib:
“Ukraynaya qayıtmağa hazırlaşıram. Ukraynadan olan tələbələr bu ölkəyə qayıtmağa hazırlaşmalıdırlar”.
Saakaşvili Avropanın ali təhsil müəssisələrində oxuyan ukraynalı tələbələrlə də görüşdüyünü, Ukraynada turizmin perspektivləri mövzusunda seminarlar keçirdiyini bildirib.
Qeyd edək ki, Mixail Saakaşvili 2017-ci ildə Ukrayna vətəndaşlığından məhrum edilib, bu ilin əvvəlində isə ölkədən çıxarılıb.
www.yenicag.az