Azərbaycanda dəhşətli qəza - 2 ölü, 2 yaralı

media-hightechnic-468x90

Saatlı rayonunda 2 nəfərin ölümü, daha 2 nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qaralar kəndi ərazisində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Yaralılardan biri 1970-ci il təvəllüdlü İmişli rayon sakini Rəfiyev Rəşad Çingiz oğludur. Hazırda ölənlərin və digər yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

İlkin məlumata görə, qəzada ölənlər İmişlinin Yalavac kənd sakinləridir. Hazırda “Shacman” markalı yük maşınında sıxılıb qalmış Bakıdan olan yaralının çıxarılması istiqamətində xilasedicilər tərəfindən iş aparılır.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa