Dövlət başçısının bu gün Saatlıya icra başçısı təyin etdiyi Elmir Bağırov gənc kadrdır.
Yenicag.az xəbər verir ki, o, 1980-ci ildə Masallı rayonunda anadan olub. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində bakalavr təhsili alıb. 2001-2003-cü illərdə Dövlət İdarəçilik Akademiyasının magistratura pilləsini bitirib. 2006-2015-ci illərdə Heydər Əliyev Fondunda işləyib. 2009-cu ildən Dövlət İdarəçilik Akademiyasında elmi fəaliyyətlə məşğul olur. 2015-ci ildən Dənizkənarı Bulvar İdarəsində Aparat rəhbəri vəzifəsini daşıyır. E.Bağırov Siyasi elmlər üzrə fəlsəfə doktorudur.
Evlidir, 2 övladı var.
www.yenicag.az