Sabah 36 dərəcə isti olacaq

media-hightechnic-468x90

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

İyunun 21-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Sabah 36 dərəcə isti olacaq

media-hightechnic-468x90

juoİyulun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturuna gəlincə, Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.

İyulun 13-də Azərbaycanın rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600