Sabah Bakının bu ərazilərində qaz olmayacaq
Sabah Bakının Binəqədi rayonunun bir hissəsində qaz olmayacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan etibarən Binəqədi rayonunun Sulutəpə və Xocahəsən qəsəbələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.













