Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Yenicag.az-a verilən məlumata görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Qaz Paylaıcı Stansiya-dan qidalanan orta təzyiqli qaz kəmərinin istismara yarasız hissəsinin yeni çəkilmiş diametri 400 mm-lik polieliten qaz kəməri ilə əvəz olunması ilə əlaqədar, sabah saat 09:00-dan təmir işləri tamamlananadək Xətai rayonu, H.Aslanov, NZS qəsəbələri və K.Kərimov, D.Səfərov, M.Davud küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
www.yenicag.az